14 May 2022 13:52
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlaması dünyada böyük əks-səda doğurub.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Türkiyə liderinin açıqlamasına münasibət bildirib.

Psaki qeyd edib ki, ABŞ Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesində Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır və bu çərçivədə onunla işləyir.

O, bir çox NATO ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə müsbət yanaşdığını deyib.

“Türkiyə və onun təyin olunmuş nümayəndələri ilə işimizi davam etdiririk”, - Ağ Evin sözçüsü vurğulayıb.

Ağ Evdən verilən başqa bir açıqlamada isə ABŞ Prezidenti Co Baydenin İsveç Baş naziri Maqdalena Andersson və fin həmkarı Sauli Niinistö ilə telefon danışığı apardığı bildirilib.

Telefon danışığında ABŞ-ın İsveç və Finlandiya ilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının müzakirə olunduğu və Transatlantik bölgədə təhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əvvəl Prezident Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlük addımlarına müsbət baxmadıqlarını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər