Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, Belarus prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammitində iştirak edəcək və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq
Bundan əvvəl Belarus prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, KTMT ölkələrinin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə birgə cavab tədbirləri müzakirə edəcəklər.
Putinlə görüşdə əsas mövzulardan biri əməkdaşlığın inkişafı və idxalın əvəzlənməsi üzrə birgə iş olacaq.
Qeyd edək ki, KTMT-nin yubiley sammitində iştirak üçün Ermənistan Baş naziri Paşinyan da bu gün Moskvaya gedəcək.