17 May 2022 11:15
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Karin Jan-Per Türkiyə və ABŞ xarici işlər nazirlərinin görüşdüyünü bildirərək, NATO ölkələrinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı konsensusa gələcəyinə inandıqlarını deyib.

Teleqraf.com xəbər verir ki, Jan-Per Türkiyə hökumətinin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı suallarının olduğunu söyləyib.

Ağ Evin sözçüsü ABŞ Dövlət katibi Entoni Blinkenin dünən Berlində Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünə diqqət çəkib:

“NATO-ya üzvlük bir proses tələb edir və bu mövzuda konsensusun əldə olunacağına əminik”.

Blinken Berlində keçirdiyi mətbuat konfransında İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı bu sözləri deyib:

“Türkiyə xarici işlər naziri ilə bu məsələni müzakirə etmək imkanım olub. Görüşün necə keçdiyini təsvir etməyəcəm, amma onu demək kifayətdir ki, Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı ciddi konsensus var. Türkiyə, Finlandiya və İsveç arasında fikir ayrılıqları ilə bağlı müzakirələr hələ də davam edir. Nəticədə bu iki ölkənin üzvlüyünə dair konsensusa gələcəyimizə əminəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər