17 May 2022 12:18
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-12-də Malidə bir qrup zabit dövlət çevrilişinə cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mali hökuməti açıqlama verib.

Açıqlamada bir qrup zabitin mayın 11-dən 12-nə keçən gecə dövlət çevrilişinə cəhd etdiyi, amma bu səyin uğursuz alındığı bildirilib.

Çevriliş etmək istəyən qrupun bir Qərb ölkəsi tərəfindən dəstəkləndiyi deyilən açıqlamada dövlətin təhlükəsizliyini hədəf alan bu davranışın şiddətlə pisləndiyi vurğulanıb.

Açıqlamada vəziyyətin nəzarət altına alındığı, çevriliş cəhdində iştirak edənlərin müəyyən edilməyə çalışıldığı qeyd olunub.

Eyni qrup tərəfindən Malidə əvvəlcə 2020-ci ilin iyulunda, sonra isə 2021-ci ilin mayında çevrilişə cəhd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu