Moldova Respublikası Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu bildirib.
Onun sözlərinə görə, Moldova MDB-də qalmağın əhəmiyyətini müzakirə etdikdən sonra müvafiq qərar qəbul edəcək.
Qeyd edək ki, Moldova MDB-nin tədbirlərində iştirakdan imtina edib. Rusiya bu ölkədən şərab idxalına qadağa qoyandan sonra Kişinyov Avropa bazarına üz tutub.