18 May 2022 12:38
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski parlamentin aşağı palatasında Liberal-Demokrat Partiyası fraksiyasının sədri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə fraksiya “Telegram”da məlumat yerləşdirib.

“Dövlət Dumasındakı RLDP deputatları səs çoxluğu ilə Leonid Slutskini fraksiyanın daimi rəhbəri seçiblər”, - fraksiya Telegram-da yazır.

Həmçinin, Liberal Demokrat Partiyasının Ali Şurası mayın 27-nə partiyanın yeni sədrinin seçilməsi məsələsini müzakirə edəcək növbədənkənar qurultay təyin edib.

RLDP-nin lideri və bu partiyanın Dövlət Dumasındakı fraksiyasının keçmiş rəhbəri Vladimir Jirinovski aprelin 6-da 75 yaşında vəfat edib. O, Moskvadakı Novodeviçe qəbiristanlığında dəfn edilib.


Müəllif: Səxavət