18 May 2022 16:40
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna müdafiə qüvvələrinin hərəkətinin qarşısını almaq üçün Çerniqov və Sumı vilayətləri ilə sərhəddə qoşunlarını saxlamağa davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

O, Rusiyanın öz qoşunlarını Bryansk və Kursk vilayətlərində saxladığını bildirib.

Demçenko onu da qeyd edib ki, Rusiya eyni zamanda Çerniqov və Sumı vilayətlərində sərhəd istiqamətində silahlı təxribatlarını davam etdirir.

“Rusiya ərazisindən, o cümlədən mülki infrastrukturdan artilleriya atəşi açırlar. Diversantlar artilleriya atəşi altında Ukrayna ərazisinə soxulmağa çalışırlar”, - DSX rəsmisi vurğulayıb.

Demçenko rus ordusunun bu istiqamətdə hücum birləşmələrini gücləndirməyə çalışdığına diqqət çəkib: “Bununla belə, Ukrayna müdafiə qüvvələri bütün hücumları mümkün qədər dəf edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər