20 May 2022 22:14
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən son seçkilərdə prezidentliyə namizəd olan radikal sağçı siyasətçi Marin Le Pen ölkəsinin Ukraynaya silah göndərməsi və digər beynəlxalq məsələləri dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün Prezident Vladimir Putinlə danışıqların davam etdirilməsinin lazım olduğuna diqqət çəkən Le Pen Türkiyənin də sülhü təmin etmək üçün mühüm diplomatik səylər göstərdiyini deyib.

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya silah tədarükünün artmağa davam edəcəyi ilə bağlı açıqlamasına münasiət bildirən Le Pen söyləyib:

“Əvvəllər də demişdim: Ukraynanın özünü müdafiə etmək üçün bütün vasitələrlə təmin edilməsinin tərəfdarıyam, amma Fransa öldürücü silahlar göndərməyə başlayarsa, müharibəyə şərik olacağıq”.

Le Pen həmçinin bildirib ki, fövqəladə vəziyyət yaranmasa, bir daha prezidentliyə namizədliyini irəli sürməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər