20 May 2022 19:26
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada hakimiyyəti Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, Kanada Xarici İşlər Nazirliyi 14 nəfəri sanksiya siyahısına daxil edib.

Qeyd olunur ki, siyahıya rusiyalı iş adamları və onların ailə üzvləri, xüsusən Oleq Belozerov, Qriqori Berezkin, Yelena Timçenko, Fərhad Əhmədov, İqor Kesaev, David Davidoviç, Andrey Ryumin, Dmitri Mazepin, Kseniya Frank, Qleb Frank, Nataliya Brauninq daxildir.

Bundan əlavə, Ottava Rusiyaya kompüter avadanlığı və dəbdəbəli malların ixracına qadağa qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər