Məşhur “The Economist” jurnalının sonuncu sayının üz qabığı gündəm olub.
Teleqraf.com xəbər verir ki, dərginin “The coming food catastrophe” (“Yaxınlaşan qida fəlakəti”) yazısında istifadə olunmuş illüstrasiyadakı sünbülün üzərindəki buğda dənələri kəllələr şəklində təsvir olunub.
“Rusiyanın Ukraynaya təcavüzü həssas dünyanı kütləvi aclığa sürükləyir. Dövlətlər birlikdə hərəkət etmədikcə qıtlıq və kütləvi aclıq baş qaldıracaq”, - dərginin sosial şəbəkə hesabında bildirilib.