Fevralın 24-də Ukraynaya qarşı işğal başlayandan bəri Rusiya ordusunun 29 mindən çox hərbçisi öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən mayın 22-dək Rusiya Silahlı Qüvvələrinin ümumi döyüş itkiləri təxminən belədir:
Canlı qüvvə - təxminən 29 min hərbçi;
Tank – 1285 ədəd;
Zirehli döyüş maşını – 3 141 ədəd;
Artilleriya sistemi - 599 ədəd;
Yaylım atəş sistemi - 201 ədəd;
Hava hücumundan müdafiə sistemi - 93 ədəd;
Təyyarə - 204 ədəd;
Helikopter - 170 ədəd;
PUA - 470 ədəd;
Qanadlı raket - 107 ədəd;
Gəmi/kater - 13 ədəd;
Nəqliyyat vasitəsi - 2 194 ədəd;
Xüsusi avadanlıq - 43 ədəd.
“Ötən gün ərzində düşmənin ən böyük itkiləri Baxmut istiqamətində qeydə alınıb. Məlumatlar dəqiqləşdirilir”, - Baş Qərargahın açıqlamasında vurğulanıb.