23 May 2022 11:51
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Xarkov xilasediciləri düşmənin atəşi nəticəsində dağılmış 98 obyektdə fəasadların aradan qaldırılmasına başlayıb. Dağıntılar altından 150-dən çox cəsəd çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsinin rəis müavini Anatoli Toryanik bildirib.

“Xarkovda bölmələrimiz dağıntılar olan 98 yeri tamamilə təmizləyib. Təəssüflər olsun ki, dağıntılar altından 150-dən çox cəsədi çıxarılıb. Əməliyyat-xilasetmə işləri zamanı bölmələrimiz 250-dən çox insanı xilas edib”, - o deyib.

Toryanik qeyd edib ki, Severnaya Saltovka, Pyatixatki, Jukovski kəndi, Roqan və Horizon Xarkovda ən kütləvi atəşə məruz qalan ərazilərdir.

Xatırladaq ki, Xarkovdakı Severnaya Saltovkada, demək olar ki, bütün hündürmərtəbəli binalar Borodiankadakı binalar kimi yerlə-yeksan edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər