23 May 2022 13:01
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı rus sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun qohumu Ukraynada öldürülüb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumatb yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri idi. Yanvar ayının əvvəlindən Ukrayna ilə sərhəddə xidmət edirdi. Salman aprelin sonunda döyüş əməliyyatları zamanı öldürülüb.

Həmin vaxt general-leytenant Rüstəm Muradov da aldığı yaralardan hospitalda müalicə olunurdu. Ona qohumunun ölümü barədə xəbər verəndə xahiş edib ki, basdırmaq üçün onun heç olmasa sümüyün tapsınlar.

Məlumatda qeyd olunub ki, Salmanın meyitinin qalıqları Dərbənd şəhərinə gətirilərək, orada dəfn olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər