28 Noyabr 2014 11:19
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fergusonda qaradərili gənci öldürən polisin azadlığa buraxılmasından sonra başlanan etiraz aksiyalarının 3-cü günündə Los-Anceles polisi 338 nəfəri həbs edib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, rəsmilər şəxslərin polisin əmrinə tabe olmadığı üçün saxlanıldığını bildirirlər. Yayılan məlumatlara görə, etirazçılar 18 yaşlı Maykl Braunu güllələyən polis Darren Uilsonun həbs olunmasını tələb edirlər.

Təhlükəsizlik qüvvələri 130 şəhərdə gedən etiraz aksiyalarını yatırtmaq üçün dəyənək, göz yaşardıcı qaz və su şırnağından istifadə edirlər.

Bu arada polisin verdiyi açıqlamada iki etirazçının gecə saatlarında Ferguson meri və polis rəisinə qarşı sui-qəsd etmək istədikləri deyilir.

Samir


Müəllif:

Oxşar xəbərlər