25 May 2022 01:26
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi xarici gəmilərin Mariupol limanından Qara dəniz istiqamətində təhlükəsiz çıxışı üçün humanitar dəhlizin açıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Mariupol limanının akvatoriyasında mina təhlükəsi aradan qaldırılıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Qara dəniz sahilində hər gün Moskva vaxtı ilə saat 08:00-dan 19:00-a kimi uzunluğu 80 mil, eni 3 mil olan humanitar dəhliz açır.


Müəllif: Teleqraf.com