Macarıstan Baş naziri Viktor Orban yeni hökumətin qurulmasından dərhal sonra Ukrayna-Rusiya müharibəsi səbəbindən ölkədə gecə yarısından etibarən fövqəladə vəziyyət elan edib.
Teleqraf.com xəbər verir ki, Orban açıqlamasında Macarıstan hökumətinin qonşu Ukraynada müharibənin yaratdığı problemlərə daha tez cavab vermək üçün fövqəladə səlahiyyətləri öz üzərinə götürdüyünü deyib.
Baş nazir dünyanın iqtisadi böhranın astanasında olduğunu, Macarıstanın Ukraynadakı müharibədən kənarda qalmalı və ailələrin maddi təhlükəsizliyini qorumalı olduğunu bildirib.
Orban hökumətin fövqəladə vəziyyət çərçivəsində ilk tədbirləri bu gün açıqlayacağını söyləyib.