26 May 2022 12:55
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriyada təhlükəsizlik zonaları yaratmaq üçün yeni addımlar atacağı ilə əlaqədar açıqlaması ilə bağlı Ankara ilə əlaqə saxladıqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Prays gündəlik mətbuat konfransında cari məsələlərlə bağlı sualları cavablandırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Suriyada təhlükəsizlik zonalarının yaradılması üçün yeni addımların atılacağı ilə bağlı açıqlamasını xatırladan sözçü Vaşinqtonun Ankaranı razı salmaq üçün diplomatik cəhd edib-etmədiyi sualına belə cavab verib:

“Prezident Ərdoğanın son günlər irəli sürdüyü təklifi öyrənmək üçün türk müttəfiqlərimizlə əlaqə saxladıq. Əlaqəni səfirliyik və departament vasitəsilə qurduq”.

Prezident Ərdoğan Nazirlər Kabinetinin son iclasından sonra Suriya ilə bağlı mühüm açıqlamalar verib:

“Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonaları yaratmaq üçün başladığımız işin əskik hissələri ilə bağlı tezliklə yeni addımlar atmağa başlayırıq. Ölkəmizə və təhlükəsizlik zonalarımıza qarşı tez-tez hücumların, təqiblərin və tələlərin mərkəzi olan ərazilər əməliyyat prioritetlərimizin başındadır. Türkiyə Silahlı Qüvvələri, kəşfiyyat və təhlükəsizlik qüvvələri hazırlıqlarını tamamlayan kimi bu əməliyyatlar başlayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər