Nüvə müzakirələrində yaranan narazılıq ABŞ-a zərər verəcək.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamneyi bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu müqaviləyə daha çox ehtiyacı var.
Ölkəsinin ABŞ-ın etimadını qazanmağa ehtiyacının olmadığını dilə gətirən Xamneyi nüvə danışıqlarının vaxtının uzadılmasına qarşı olmadıqlarını da qeyd edib.
O bildirib ki, müzakirələrin mənfi nəticələnməsi İran İslam Respublikasına ziyan vura bilməz.
Xamneyi danışıqlarda iştirak edən ölkələrin mövqelərini də qiymətləndirib: “Bizimlə danışıqlar masasına oturan tərəflərin hər birinin arxasında bir ordu var, bunların arasında Amerika daha əxlaqsız, İngiltərə isə daha hiyləgərdir”.
Samir