27 May 2022 16:10
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aralıq dənizindən Levanta, Qara dənizdən Balkan yarımadasına qədər geniş Avrasiya coğrafiyasında Türkiyənin geostrateji yerini doldura biləcək heç bir ölkə yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

O, Türkiyə alıcılıq qabiliyyəti paritetinə görə dünyanın 11-12-ci ən böyük iqtisadiyyatı olduğunu bildirib:

“NATO-da ikinci ən böyük orduya malikdir, çox yaxşı döyüşür, çox mükəmməl diplomatik əlaqələrə malikdir. Türkiyə nüfuzlu diplomatik oyunçudur. Ukraynanı silahlandırmaqdan tutmuş diplomatik təşəbbüslərə, həll yolu tapmaq səylərinə, Montrö razılaşmasına və hava məkanının bağlanmasına qədər Ukrayna münaqişəsindəki rolu qeyri-adidir. Bütün bunlar çox cəsarətli addımlardır və müharibənin gedişinə çox böyük təsir göstərir. Ona görə də Türkiyə əvəzedilməzdir”.


Müəllif: Mənsur Rəğbətoğlu