Pakistanın sabiq baş naziri İmran Xan hazırkı baş nazir Şahbaz Şərifə yeni seçkilərin elan olunması üçün 6 gün vaxt verdiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, İmran Xan ölkənin ABŞ-dan xüsusi qrup tərəfindən idarə olunduğunu iddia edib.
"Bu kənardan idarə olunan hökumətə 6 gün vaxt verirəm. Əks halda 2 milyon tərəfdarımla İslamabada daxil olacağam", - qeyd edib.