29 May 2022 19:37
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Qara dənizdə Türkiyədən gələn 12 balıqçını saxlayıb. Hadisə Krım sahillərində baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Türkiyə vətəndaşları Sevastopola aparılıb. Onların qayıqları, ovları müsadirə edilib və həmçinin 30 min dollar cərimə ödəməyə məcbur ediliblər.

Qeyd olunur ki, Türkiyə Xarici İşlər Nazirliyi balıqçıların ölkəyə gətirilməsi üçün diplomatik cəhdlər edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər