Türkiyə Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesini yaxın gələcəkdə başa çatdırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ümid edirik ki, çox yaxın gələcəkdə Suriya sərhədimiz boyunca tədricən yaratdığımız 30 kilometrlik təhlükəsizlik dəhlizinin yaradılmasını başa çatdıracağıq”, - o deyib.
Ərdoğanın sözlərinə görə, bununla PKK terror təşkilatının üzvlərinin türk uşaqlarını saxtakarlıqla öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq.