Ukrayna Silahlı Qüvvələrinə Krım körpüsünü dağıtmaq və ya sıradan çıxarmağın yolları təklif edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov danışıb.
Jdanovun sözlərinə görə, körpünü hava hücumları, yaxud raket zərbələri ilə dağıtmaq olar:
“Eləcə də körpünün seysmik cəhətdən qeyri-sabit vəziyyətə gətirmək üçün ağır bombalar da atmaq mümkündür. Bu, körpünün sonradan özü-özünə dağılmasına zəmin yarada bilər. Körpünün dayaqlarının altına partlayıcıların yerləşdirilməsi və bununla onu sıradan çıxara biləcək diversiya qruplarının göndərilməsi mümkündür. Düşmənin ağır yükləri (tanklar, zirehli transportyorlar və s.) daşıya bilməməsi üçün dəmir yolu xətlərini də zədələmək olar”.
Jdanov hesab edir ki, Rusiya ordusunun hərəkətinin qarşısını almaq üçün körpünün girişini də vurmaq mümkündür.
“Karfagen məhv edilməlidir. Ona görə də Silahlı Qüvvələrin əlinə düşmüş fürsətdən istifadə edəcəyini səbirsizliklə gözləyirəm. Bu, Rusiya qoşunlarının cənubdakı bütün qruplaşmalarını birbaşa qidalandıran vasitədir. Rusların Xerson, Berdyansk, Mariupol, Melitopol, Zaporojye, Krivoy Roqdakı qüvvələrinin hamısı yalnız Krım körpüsü vasitəsilə təmin olunurlar”, - ekspert bildirib.