Ukrayna Silahlı Qüvvələrinin 80-ci Əlahiddə Hücum Briqadası Rusiyanın Pskov vilayətində yerləşən 104-cü Hücum Alayının tağımını məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna briqadası məlumat yayıb.
Məlumatda məğlubiyyətin fotoları da dərc edilib.
80-ci briqadanın artilleriya bölməsinin komandiri deyib: “İrəliləyən zirehli texnikalarla birlikdə 20-yə yaxın rus işğalçısı uğurla məhv edildi”.
Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç bildirib ki, Xerson vilayətinin Çornobayivka şəhərində rus ordusunun silah-sursat anbarı məhv edilib. Ərazidə bir saatdan çox partlayış səsləri eşidilib.