Mərkəzi Afrika Respublikasının (MAR) Oham-Pende bölgəsində qiyamçıların pusqusuna düşən 2 rus muzdlusu öldürülüb.
Teleqraf.com xəbər verir ki, “Dəyişiklik üçün Vətənpərvərlər” qruplaşması Rusiyanın “Vaqner” muzdlularını pusquya salıb.
Rus hərbçiləri pusqudan salamat çıxa bilməyiblər.
Rusiyalı hərbçilərin yerli orduya təlim keçmək, dövlət rəsmilərini qorumaq, qiyamçı və ya terrorçu qruplaşmalarla mübarizə aparmaq, qaynar nöqtələrdə qızıl, almaz və uran mədənlərini qorumaq üçün MAR-a getdiyi iddia olunub.