“İŞİD” terror qruplaşmasının İraqdakı mövqelərinə endirilən hava zərbələri nəticəsində təsadüfən 17 dinc sakin həlak olub.
Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, İraq Hərbi-Hava Qüvvələrinə məxsus helikopterin “İŞİD”-in Yathrib şəhəri yaxınlığındakı mövqelərinə qarşı keçirdiyi reyd nəticəsində yerli qəbilənin 2 nümayəndəsi həlak olub.
Bundan başqa, keçirilmiş digər hava əməliyyatı nəticəsində təsadüfən 15 dinc sakin həlak olub. Bu əməliyyatın hansı ölkə tərəfindən keçirildiyi barədə məlumat yoxdur.