28 İyun 2022 21:56
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb. Biz bunu Çin və Rusiya liderlərinin ortaq bəyanatından da gördük. Hər iki ölkə NATO-nun genişlənməsinə və alyansa qarşı eyni mövqedədirlər”.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

Onun sözlərinə görə, NATO Çini düşmən kimi qəbul etmir. Ancaq Alyans tezliklə dünyanın ən böyük iqtisadiyyatı olmaq istiqamətində irəliləyən bu ölkənin Rusiyanın Ukraynanı işğal etməsini pisləməməsindən təəssüflənib.


Müəllif: Teleqraf.com