1 İyul 2022 21:56
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya dövlət mediasında yayılan xəbərdə ölkədə pandemiyanın vətəndaşların Cənubi Koreyadan gələn “yad əşyalara toxunması” ilə başladığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, vətəndaşlardan Şimali Koreya lideri Kim Çen Inın tənqid olunduğu vərəqələrlə yanaşı, qonşu ölkədən göndərilən hava şarları və yad cisimlərə qarşı diqqətli olmaları istənilib.

Dövlət mediası aprel ayında Cənubi Koreya sərhədinə yaxın İpho qəsəbəsində 18 yaşlı əsgər və 5 yaşlı oğlanın “yad əşyalarla” təmasda olduğunu və bundan sonra onların COVID-19 testlərinin müsbət çıxdığını bildirib.

Aidiyyəti qurumlardan Cənubi Koreya sərhədinə nəzarəti gücləndirmələri tələb olunub.

Təlimatda vətəndaşlardan “yad əşyalar”la rastlaşdıqda aidiyyəti qurumlara xəbər vermələri istənilib.

Cənubi Koreya hökuməti isə qarşı tərəfin iddiasını təkzib edib. Seuldan verilən açıqlamada deyilib ki, Cənubi Koreyadan gələn hava şarlarının Şimali Koreyada virus yayması ehtimalı azdır.


Müəllif: Mənsur Rəğbətoğlu