3 İyul 2022 21:49
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya daha 16 Rusiya vətəndaşına sanksiya tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Avstraliya həmçinin Rusiya qızılının idxalına qadağa qoyub.

Bununla da Avstraliyanın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 843-ə çatacaq.

Avstraliyanın Baş naziri Entoni Albenizi qeyd edib ki, ölkəsi Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım edəcək.

"Bu gün əlavə olaraq 100 milyon dollarlıq hərbi texniki yardımı elan edəcəyik. Ümumilikdə, 390 milyon dollar vermişik. Biz həmçinin əlavə 14 BTR və 20 “Bushmaster” zirehli döyüş maşını təqdim edirik”, deyə E.Albenizi bildirib.


Müəllif: Teleqraf.com