27 İyul 2022 13:56
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mosul konsulluğu yaxınlığında raket hücumu olub.

Teleqraf.com xəbər verir ki, İraqın Mosul şəhərinin şimal-şərqindəki Əl-Hədba rayonunda, Türkiyənin Mosuldakı Baş Konsulluğu yaxınlığında gecə saatlarında iki raket atılıb.

Hadisədə insan tələfatı olmasa da, ətrafdakı binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.

Bir çox ailələr evlərini tərk etmək məcburiyyətində qalıblar.

Türkiyənin Mosul Baş Konsulluğundan İraq mətbuatına verilən açıqlamada konsulluq işçilərinin zərər çəkmədiyi bildirilib.


Müəllif: Nemət