NATO baş katibi Yens Stoltenberq Odessa limanından Beyruta gedən “Razoni” taxıl gəmisi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, NATO baş katibi buna görə Türkiyəyə təşəkkür edib.
“Ukrayna taxılının Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə Odessadan ilk göndərişini alqışlayıram. Bu mühüm rola görə müttəfiqimiz Türkiyəyə təşəkkür etmək istəyirəm. NATO müttəfiqləri Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranının yumşaldılmasına dair razılaşmanın tam icrasını qətiyyətlə dəstəkləyirlər", - Stoltenberq sosial media hesabında yazıb.