Serbiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsi hələlik gündəmdə deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Düzünü desəm, gündəmdə belə bir məsələ yoxdur”, - Kreml sözçüsü bildirib.
Eyni zamanda, Peskov Serbiya və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələrinin imzalanmasının mümkün olub-olmaması sualına cavab verməkdə çətinlik çəkib:
“Bilirsiniz ki, bizim Serbiya ilə müttəfiqlik, çox səmimi, çox dərin münasibətlərimiz var. Ona görə də, əlbəttə, münasibətlərimiz bundan sonra da inkişaf etməlidir, amma bunun olub-olmayacağını indi deyə bilmərəm”.