2 Avqust 2022 12:56
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nüvə silahından istifadə ehtimalı "soyuq müharibə" dövründə görülən səviyyəyə çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.

O, ölkələri nüvə silahlarının tamamilə ləğv edilməsinə çağırıb.

“Riskləri azaltmaq kifayət deyil. Nüvə silahlarının məhv edilməsi onlardan istifadə olunmayacağının yeganə təminatıdır. Bu məqsədə çatmaq üçün yorulmadan çalışmalıyıq”, - Quterreş bildirib.

BMT baş katibi qeyd edib ki, yalnız bir anlaşılmazlıq və ya bir səhv dünyanı nüvə silahı ilə məhv olmaqdan ayırır.

“Bəşəriyyət Xirosima və Naqasaki dərslərini unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni həddə çatıb”, - Quterreş Rusiyanın Ukraynaya qarşı müharibəsini, Yaxın Şərq və Koreya yarımadasındakı münaqişələri xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu