2 Avqust 2022 15:12
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri altı buraxılış qurğusunu və 200-dən çox HIMARS MLRS raketini, Amerikanın 33 M777 haubitsasını və “Harpun” gəmi əleyhinə raket kompleksinin beş buraxılış qurğusunu məhv edib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Qərb silahlarının Ukraynaya nəzarətsiz tədarükü regionun təhlükəsizliyini ciddi şəkildə təhdid edir: "Ümumilikdə, Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində Amerikanın 33 M777 haubitsaları və “Harpun” gəmi əleyhinə raket kompleksinin beş buraxılış qurğusu, eləcə altı buraxılış qurğusu və 200-dən çox HIMARS raket sistemlərinin raketləri məhv edilib”.

Onun sözlərinə görə, son iki həftə ərzində Ukrayna qoşunları “396 Javelin və NLAW tank əleyhinə raket komplekslərini, 125 Stinger tipli portativ zenit-raket komplekslərini itirib.

“Luqansk Xalq Respublikası ərazisinə nəzarəti ələ keçirdikdən sonra Donetsk Xalq Respublikasının azad edilməsi planlaşdırılır. Bu yaxınlarda Qriqorovka, Berestovoye, Stryapovka, Pokrovskoye, Semiqorye və Novoluqanskoe qəsəbələri azad edilib. Avropanın ən böyük, layihə gücü 3600 meqavat olan Uqleqorsk istilik elektrik stansiyası bizim nəzarətimizə keçib”, - Şoyqu bildirib.

Ukraynalı general-mayor Andrey Kovalçuk isə Şoyqunu təkzib edib: "Hələ ki, HIMARS sistemlərinin heç birində itki ilə üzləşməmişik. Bu, bizim onlardan istifadə etməyi nə qədər yaxşı və tez öyrəndiyimizi göstərir. O, deyib ki, Ukrayna ordusu Rusiya ilə müharibədə HİMARS itkisi verməyib. Hər bir raket bir körpünü və ya sursat anbarını məhv edir. Bizim müttəfiqlərimiz raketlərdən istifadə etməyimizdə də çox böyük iqtisadi səmərəlilik gördülər. Atılan hər bir raket Rusiya texnikası və ya sursatındakı dəyərindən qat-qat artığını məhv edir".

General vurğulayıb ki, Ukrayna hərbçiləri HIMARS raketlərindən cüzi bir mənfəət üçün milyonlarla dollarlıq raketlər atan ruslardan daha səmərəli istifadə edir.


Müəllif: Nemət