Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, həmsöhbətlər 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.
Ararat Mirzoyan və Sergey Lavrov regiondakı təhlükəsizlik vəziyyətinə də toxunublar.
Telefon danışığı zamanı “44 günlük müharibənin yaratdığı humanitar problemlər”lə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki digər məsələləri də müzakirə ediblər.