3 Avqust 2022 01:14
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin nüvə sahəsində özünümüdafiə strategiyasına sadiqdir və şəraitdən asılı olmayaraq nüvə silahından istifadə edən ilk ölkə olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun BMT-nin baş qərargahında çıxış edərkən deyib.

"Çin sülhməramlı inkişaf yoluna və özünümüdafiə üzrə nüvə strategiyasına sadiqdir və heç vaxt heç bir şəraitdə nüvə silahından ilk istifadə etməməyə sadiqdir", - deyə Fu Tsun bildirib.

O əlavə edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış sanksiya hədələriylə müşayiət olunmamalıdır. "ABŞ nüvə silahlarını Avropadan çıxarmalı və dünyanın başqa yerlərində yerləşdirməməlidir", - deyə Fu Tsun bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər