Pakistan Tayvanda baş verən son hadisələrdən dərin narahatlığını və Çin siyasətinə sadiqliyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
XİN rəsmi İslamabadanın Tayvan boğazında regional sülh və sabitlik üçün ciddi nəticələrə səbəb olacaq hadisələrdən dərin narahatlığını bildirib.
Bəyanatda Pakistanın Çin siyasətinə sadiqliyi vurğulanaraq, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə qəti dəstək bir daha vurğulanıb.
Beynəlxalq ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirləri olan Ukrayna münaqişəsi səbəbindən dünyanın ciddi təhlükəsizlik problemi ilə üzləşdiyinə diqqət çəkilərək, dünyanın qlobal sülhə, təhlükəsizliyə və iqtisadiyyata mənfi təsir edəcək yeni böhranın öhdəsindən gələ bilməyəcəyi nəzərə çatdırılıb.
Bəyanatda qeyd olunub ki, problemlər dövlətlərarası münasibətlərə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsipləri, BMT-nin müvafiq Konvensiyası, beynəlxalq hüquq normaları və ikitərəfli anlaşmalar əsasında həll edilməlidir.