4 Avqust 2022 11:04
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə 162 günlük müharibəyə son qoymaq üçün Çin lideri
Si Cinpin ilə birbaşa görüşmək istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Çinin “South China Morning Post” xəbər saytına danışan Zelenski Çin prezidentindən müharibəni bitirmək üçün Rusiya ilə siyasi və iqtisadi əlaqələrindən istifadə etməsini istədiyini söyləyib.

Uzun müddətdir Çinlə yaxın əlaqələr qurmağa çalışdıqlarını qeyd edən Zelenski əlavə edib ki, Çin çox güclü ölkədir və güclü iqtisadiyyatı var: "Ona görə də Rusiyaya təsir edə bilər. Həmçinin Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür".

Müharibə başlayandan bəri ilk dəfə Çin mətbuatına açıqlama verən Ukrayna lideri deyib ki, təxminən bir il əvvəl Çin dövlət başçısı ilə danışıb: "Mən onunla birbaşa görüşmək istərdim. 24 fevral hücumundan sonra rəsmi müraciət etdik, lakin danışa bilmədik. Düşünürəm ki, bu, çox faydalı olacaq”.

Zelenski həmçinin bildirib: “Əminəm ki, Çin bazarı olmasaydı, Rusiya iqtisadi cəhətdən tək qalardı”.


Müəllif: Nemət

Oxşar xəbərlər