4 Avqust 2022 23:43
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələrinin bütün istiqamətlərdə əks-hücum əməliyyatı mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi eksert Aleksandr Kovalenko deyib.

“Çox güman ki, Silahlı Qüvvələrin hücumu hazırda cənubda olduğu kimi, ayrı-ayrı istiqamətlərdə olacaq. Amma Silahlı Qüvvələrin belə böyük əks-hücumu indi mümkün deyil”, - ekspert bildirib.

Kovalenkonun fikrincə, cəbhədə vəziyyət daim dəyişir və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz ssenarilərini mütəmadi olaraq nəzərdən keçirməlidir.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi isə Rusiyanın Ukrayna ordusunun əks-hücum ehtimalına görə cənuba çoxlu sayda qoşun göndərdiyini açıqlayıb. Söhbət işğal altındakı Donbasda yerləşən Hərbi Hava Desant Qüvvələrinin taktiki qruplarından gedir.

“Onlar öz qoşunlarının sayını artırır, bizim əks-hücumumuza hazırlaşır. Ola bilsin ki, bu, öz hücumlarını həyata keçirmək hazırlığıdır”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər