5 Avqust 2022 10:33
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxılla dolu üç gəmi Ukrayna limanlarını tərk edərək dəniz humanitar dəhlizinə doğru irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "MarineTraffic"in məlumatları göstərir.

Quru yük gəmisi "Navistar" cümə günü səhər Odessa limanını, digər iki "Rojen" və "Polarnet" isə qonşu Çernomorskdan yola düşüb.

Bu gəmilərin göyərtəsində ümumilikdə 58 min tondan çox qarğıdalı var. Hər üç gəmi indi dəniz humanitar dəhlizi ilə İstanbula doğru hərəkət edir.

İyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın “Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarının blokdan çıxarılması haqqında saziş imzalanıb.

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, “Odessa” və “Çernomorsk” limanlarında içərisində Ukrayna taxılı olan 10 gəmi yüklənməyə hazırdır.


Müəllif: Nemət

Oxşar xəbərlər