ATƏT-in Baş katibi Helqa Şmid Türkiyədə səfərdədir.
Teleqraf.com xəbər verir ki, Baş katib 7-9 avqust tarixlərində 13-cü Səfirlər Konfransında iştirak edəcək.
Eyni zamanda ATƏT-in Baş katibi Helqa Şmid Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcək.
Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə edilməsi nəzərdə tutulub.