Rusiya “Coca-Cola” içkisini Belarus istehsalı olan “Bela-Cola” qazlı içkisi ilə əvəz etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, artıq innovasiyalar sahəsində biznes əlaqələrinin genişləndirilməsinə dair memorandum imzalanıb.
İyun ayında "Coca-Cola Hellenic Bottling Company" Rusiyada eyni adlı içkilərin satışını dayandıraraq qərarını açıqlayıb.