9 Avqust 00:14
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Milli Kəşfiyyat İdarəsinin istefa vermiş rəisi Panaytos Kontoleonun müxalif siyasətçi Nikos Androlakis və jurnalist Tanasis Koukakisin telefonlarının dinlənilməsi ilə bağlı iddialara görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Mitsotakis vəziyyəti ciddi və bağışlanmaz səhv olaraq qiymətləndirib.

“Xəbərim olmayıb, buna heç vaxt icazə verməzdim. Səhvə görə cənab Androlakisə üzr borcum var”, - baş nazir söyləyib.

Yunanıstanın ana müxalifət partiyası, sabiq baş nazir SİRİZA-nın lideri Aleksis Çipras telefon dinləmələri ilə bağlı istefaların günahın etirafı olduğunu və bundan Mitsotakisin məsuliyyət daşıdığını təsdiqlədiyini deyib.

“Mitsotakis yunan xalqına bu biabırçılığı ilə bağlı açıqlama verməlidir. Bu, demokratiya məsələsidir”, - Çipras bildirib.

SİRİZA baş naziri telefon dinləmələrini əvvəldən bilməkdə və bunu koordinasya etməkdə ittiham edib. Ana müxalifət partiyası Mitsotakisi özünü xilas etmək üçün ən yaxın və etibarlı tərəfdaşlarını qurban verməkdə günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu