8 Avqust 2022 21:56
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya hakimiyyəti ölkənin hüquq-mühafizə orqanlarının anti-Rusiya təxribatları ilə bağlı vəziyyəti düzəltmək barədə düşünmür, Rusiya mümkün cavab tədbirlərini nəzərdən keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat xatırladıb ki, ötən gün Latviya hüquq-mühafizə orqanlarının təxribat xarakterli hərəkətləri ilə əlaqədar Rusiya XİN bu ölkənin federasiyadakı müvəqqəti işlər vəkili Atasiya Rutkanı çağırıb və ona iki etiraz notası təqdim edilib:

“Eyni zamanda, Latviya xarici işlər naziri Edqars Rinkeviç müraciətimizi başa düşmədi və Rusiya Xarici İşlər Nazirliyinin notalarını son dərəcə kinli şəkildə şərh etdi və bildirdi ki, Rusiya tərəfinin Latviya ərazisində baş verənlərə etiraz etməsi mənasızdır. O cümlədən Latviya hakimiyyət orqanlarının “ölkənin milli təhlükəsizlik maraqları naminə” fəaliyyət göstərməyə davam edəcəyini dedi. Cənab Rinkeviçsin bəyanatları bir daha təsdiqləyir ki, Riqada vəziyyətin düzəldilməsi haqda heç düşünmürlər. Bu baxımdan, beynəlxalq münasibətlərin ənənəsinə uyğun olaraq, mümkün cavab tədbirlərini nəzərdən keçirəcəyik”.

Rusiya Avtomobil Sığortaçıları İttifaqının (RSA) prezidenti İqor Yurgens iyulun 22-də Baltikyanı Forum üçün bu ölkəyə gedə bilməyib. O, Latviya-Belarus sərhədində saxlanılıb. Bundan sonra Moskvadan Latviya hakimiyyətinə verilən notaya Riqadan istənilən cavab alınmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu