9 Avqust 2022 12:19
3 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində əhaliyə nəzarət etmək üçün məhbuslardan ibarət bölmələrdən daha çox istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitutun araşdırmasına görə, yeni səfərbər olunmuş rus batalyonları işğal olunmuş ərazilərin əhalisinə qarşı peşəkar rus hərbçiləri və hətta rəsmi hərbi təlim keçmiş çağırışçılardan daha qəddardır.

“Bu bölmələr daha az təlim keçmiş və daha az peşəkardır. Bununla belə, Rusiya ilhaq edilmiş ərazilərin əhalisinə nəzarət etmək üçün məhz belə birliklər hazırlayır. Rusiya qüvvələri Ukraynanın işğal olunmuş ərazilərində əhaliyə nəzarət etmək üçün, məsələn, məhbuslardan ibarət aşağı keyfiyyətli, zəif təlim keçmiş bölmələrdən getdikcə daha çox istifadə edə bilər”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər