“Ukrayna ordusu Rusiya hərbi qüvvələrini Xersonda məhv edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail ordusunun zabiti Viktor Vertsner deyib.
İsrailli zabit Ukrayna Silahlı Qüvvələrinin təşəbbüsü ələ aldığını bildirib:
“İndi cəbhədə baş verənlər daha çox təşəbbüs uğrunda mübarizəyə bənzəyir. Fikrimcə, müharibənin indiki mərhələsində Ukrayna hərbi əməliyyatlarda təşəbbüsü ələ keçirmək istiqamətində müəyyən uğur qazanıb. Ukrayna rusları Xerson və Zaporojeyə əlavə qüvvələr və resurslar göndərməyə məcbur edib. Məncə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının planı da budur”.
Vertsner Rusiya qoşunlarının Ukraynanın cənubunda məğlub olacağını iddia edib:
“Ruslar Ukrayna Silahlı Qüvvələrinin hərəkətinə ölkənin cənubuna əlavə qüvvələr yeritməklə reaksiya verir. Daha doğrusu, reaksiya vermək məcburiyyətindədir. Məncə, rusların Xerson və Krivı Roq istiqamətlərində irəliləməyə çalışacağı ehtimalı yüksəkdir. Amma belə bir hücum Ukrayna Silahlı Qüvvələrinə çox böyük manevr imkanı verəcək. Əvvəlcədən hazırlanmış müdafiə xətləri sayəsində Ukrayna qoşunlarının bu istiqamətdə rus qüvvələrini məhv etməsi daha asan olacaq”.