Etirazlar başlanır
Andlılar Məhkəməsi daha bir ağdərili polisə qaradərili şəxsin ölümündə bəraət verməsi Nyu Yorkda etirazlara gətirib.
Dekabrın 4-də səhərədək davam edən etirazlar əsasən dinc keçib. Ancaq Brooklyn körpüsündə polislə qarşıdurma yaranıb.
Andlılar məhkəməsi polis zabiti Daniel Pantaleo-nun iyulda Nyu Yorkun Staten Island ərazisində ölümünə görə Eric Garner-i müqəssir saymayıb, ona qarşı «əsaslandırılmış ittiham» tapılmayıb.
Bu qərardan bir həftə öncə qaradərili yeniyetmə Michael Brown-un ölümünə dair oxşar qərar çıxarılıb. Polisin bəraət alması Ferqyuson şəhərində etirazlara səbəb olub.