14 Avqust 15:32
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında antiterror əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyatlar zamanı dördü İraqın Hakurk, ikisi isə Metina bölgələrində olmaqla ümumilikdə 6 PKK/KCK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələr tərəfindən daha beş terrorçu İraqın şimalında “Pəncə-Kilit” və “Pəncə-Pələng” əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.


Müəllif: Teleqraf.com