Bir ay əvvəl Kobaniyə göndərilən və vəzifələrini başa vuran könüllü kürd qüvvələri Türkiyəyə qayıdıblar.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 7 mikroavtobusdan ibarət karvan Şanlıurfa sərhədini keçib. Kürd qüvvələri buradan xüsusi təyyarə ilə Ərbilə gedəcək.
Qeyd edək ki, könüllü kürd qüvvələrinin ikinci qrupu iki gün öncə Kobaniyə yola düşüb.
Samir