“Rusiyanın müxtəlif qitələrdə qondarma hegemoniya qarşısında əyilməyən çoxlu müttəfiqləri və həmfikirləri var”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiya hərbi-texniki əməkdaşlığın ən geniş şəkildə - hərtərəfli inkişafının tərəfdarıdır. Bu gün, durmadan inkişaf edən çoxqütblü dünya şəraitində bu, xüsusilə vacibdir. Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqlərinin, tərəfdaşlarının, həmfikirlərinin olmasını yüksək qiymətləndiririk. Bunlar “hegemon” adlandırılan dövlətin qarşısında əyilməyən, liderləri əsl kişi xarakteri nümayiş etdirən, əyilməyən dövlətlərdir”, - Putin vurğulayıb.